Strasburqda Avropanın ən böyük məscidinində təmir işlərinə başlanılıb

Strasburqda Avropanın ən böyük məscidinində təmir işlərinə başlanılıb

Fransanın Strasburq şəhərində "Sultan Əyyub məscidi" uzun illərdir ki, Avropanın ən böyük məscidi sayılır. Bu məscid Osmanlı imperiyası dövründə İslami memarlıq metodu ilə tikilib. 
 
Maide.Az xəbər verir ki, Osmanlı dövrünün İslami memarlıq nümunəsi olan bu məscid müasir dövrün standartlarına uyğun olaraq yenidən bərpa olunur. 
 
Yeni tikiləcək məscidin ilk bünövrəsi ötən gün qoyulub. 
 
Məscid 6 hektarlıq ərazidə tikiləcək. Məscidin içərisində eyni anda üç min nəfər namaz qıla biləcək. Məscidin 28 günbəzi, 44 metrlik iki minarəsi, konfrans zalı, dərs otaqları, kitabxanası,  restoranı, mağazası, 600 avtomobil tutumlu dayanacağı və 260 velosepidlik velosepid parkı olacaq.
 
Sovet dövründə zavod anbarı kimi istifadə olunan məscid 1996-cı ildə İGMG (Milli Görüş İslam Cəmiyyəti) tərəfindən təmir edilmiş və 21 il ibadət ocağı kimi fəaliyyət göstərmişdir.(iqna)
 

Google+ WhatsApp ok.ru