Stressi aradan qaldıran və yuxunu yaxşılaşdıran qidalar - Araşdırma

Stressi aradan qaldıran və yuxunu yaxşılaşdıran qidalar - Araşdırma

Amerikalı alimlərin apardığı yeni bir araşdırma göstərib ki, prebiotiklər, həzmə kömək edən bioloji aktiv birləşmələr stressin öhdəsindən gəlməyə və yuxu yaxşılaşdırmağa kömək edir.

 
Maide.Az "RİA-Novosti" ə istinadla xəbər verir ki, tədqiqatın nəticələri "Scientific Reports" jurnalında dərc olunub.
 
Əksər insanlar, probiyotiklərlə, qatıq kimi fermentativ qidalarda olan xeyirli bakteriyalarla tanışdırlar. Eyni zamanda həzm olunmayan və insan orqanizmi tərəfindən sorulmayan , lakin bağırsaqda yaşayan faydalı bakteriyalar üçün qida olan qida lifləri prebiotiklər – bifidobakterialar və laktobasillər də var. Bu bakteriyalar həzmə kömək edir və immuniteti artırır. Taxıl məhsulları, kələm xüsusilə prebiotiklərlə zəngindir.
 
Alimlər bu prebiotiklərin insanın sinir sisteminə təsirini müəyyənləşdirmək üçün siçovullar üzərində təcrübə aparıblar. Bunun üçün siçovulların bir hissəsinə standart qida, digərlərinə isə prebiotik əlavə olunmuş həmin qidanı vermişlər. Bu zaman onlar stressə məruz qoyularaq, ümumi fizioloji vəziyyətləri və yuxu rejimləri nəzarətdə saxlanılmışdır.
 
Məlum olmuşdur ki, prebiotikli qida qəbul edən heyvanların stressdən sonrakı bərpası daha sürətlə gedir. Digər qrup siçovullar isə əksinə - stressdən gec bərpa olunur, bədən temperaturları oynayır və bağırsaq immuniteti zəif olur.
 
Həmçinin müəyyən olunmuşdur ki, müxtəlif qruplardan olan siçovullarda metabolitlərin tərkibi əhəmiyyətli dərəcədə fərqlidir. Prebiotikli pəhrizdə olan siçovullarda, digər siçovullarla müqayisədə daha çox yağ turşusu, şəkər və steroid vardır ki, bunlar da bağırsaqdan beyinə gedən siqnal vasitəsilə davranışa təsir edə bilir.
 
Alimlərin fikrincə tədqiqat nəticəsində prebiotiklərin yeni tərəfləri aşkar olunmuşdur ki, bu da gələcəkdə stress və yuxu pozğunluqları ilə mübarizədə yeni strategiyaların hazırlanmasında kömək edəcək.

Google+ WhatsApp ok.ru