ÜST yeni növ koronavirusla əlaqədar qlobal fövqəladə vəziyyət elan etdi

ÜST yeni növ koronavirusla əlaqədar qlobal fövqəladə vəziyyət elan etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində yeni növ koronavirusun (2019-nCoV) yayılması ilə əlaqədar qlobal səviyyəli fövqəladə vəziyyət elan edib.
 
ÜST-nin Təcili Yardım Komitəsi koronavirusun bütün dünyada panikaya gətirib çıxaran sürətlə yayılması ilə İsveçrənin Cenevrə şəhərində toplanıb. Təşkilatın mərkəzində keçirilən iclasda “Koronavirus epidemiyasının qlobal bir səhiyyədə təhdidi olub-olmaması mövzusu, 23 yanvardakı iclasdan sonra yenidən müzakirə olunub.
 
ÜST-nin baş direktoru Tedros Qebreyesus 15 üzvdən ibarət olan Komitə toplantısından sonra, 1 saat gec jurnalistlərin qarşısına keçib. O, açıqlama verərək, koronavirus epidemiyasına qarşı “Qlobal Cəmiyyət Sağlamlığı Fövqəladə Vəziyyəti (PHEİC) elan etdiklərini bildirib.
 
Qlobal fövqəladə vəziyyət elan edilməsinin səbəbinin Çinin epidemiyaya qarşı apardığı mübarizədən qaynaqlanmadığını vurğulayan Qebreyesus, qərarda əsas səbəbin epidemiyaya bağlı başqa ölkələrdəki səhiyyə vəziyyətinin zəif olduğunu söyləyib.
 
“Əsas səbəb Çində baş verənlər deyil, digər ölkələrdə baş verənlərdir”, - deyən Qebreyesus, qərara baxmayaraq, Çin ilə ticarət fəaliyyətini məhdudlaşdırmaq və ölkəyə səyahət etmək üçün heç bir əsas olmadığını söyləyib.
 
O, fövqəladə vəziyyət elan edilməsinin Çinə qarşı etimadsızlıq sayılmadığını vurğulayaraq, ölkənin virusa qarşı mübarizəsinin gözləniləndən daha yuxarı olduğunu söyləyib. /sputnik
 

Google+ WhatsApp ok.ru