Sudanda ibtidai sinif şagirdlərini daşıyan gəmi batdı: 22 şagird öldü

Sudanda ibtidai sinif şagirdlərini daşıyan gəmi batdı: 22 şagird öldü

Sudanda, Nil çayında ibtidai sinif şagirdlərini daşıyan bir gəminin batması səbəbiylə 22 şagird həyatını itirib.
 
Maide.Az "mynet" saytına istinadən xəbər verir ki, ölkənin şimalında yerləşən Əl-Buheyra bölgəsindən keçən Nil çayındakı katerdə 40-dan çox şagirdin olduğu qeyd edilir.
 
Batan katerdəki uşaqların Kabna kəndindəki məktəbdən evə qayıtdıqları bildirilir.
 
Hadisə yerinə sövq edilən mülki müdafiə orqanları, çayda batdığı güman edilən uşaqları axtarmağa davam edir.
 
Gəminin, şiddətli yağış və küləyin təsiri nəticəsində motorunda yaranan nasazlıq nəticəsində batdığı bildirilir.
 
Sudanda  22 iyundan bəri şiddətli yağışlar davam edir.

Google+ WhatsApp ok.ru