Sudanda 40-dan çox zabit hərbi çevriliş cəhdinə görə həbs edilib

Sudanda 40-dan çox zabit hərbi çevriliş cəhdinə görə həbs edilib

Sudanda dövlət çevrilişinə cəhd etməkdə şübəli bilinən 40-dan çox zabit tutulub.
 
Maide.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Sudan hakimiyyətindən bildirilib.
 
Məlumata görə, həsblər davam edir.
 
Qeyd edək ki, çevrilişə cəhdə general-mayor Abdel Baki Bakrauinin başçılıq etdiyi ehtimal olunur.
 
Onların “Müsəlman qardaşları” Birliyi ilə əlaqədar olduqları bildirilib. Məlumata əsasən, hazırda hakimiyyət vəziyyətə tamamilə nəzarət edir.
 
Xatırladaq ki, 2019-cu ilin aprelində hərbçilər Sudana 30 il rəhbərlik etmiş Ömər əl-Bəşiri istefaya göndərib, hakimiyyəti ələ keçiriblər. Hərbçilər parlamenti, hökuməti buraxıb Hərbi Şura yaradıblar. Həmin ilin avqustunda hərbçilər və aparıcı müxalif “Azadlıq və dəyişiklik uğrunda” Alyans yaradıb, Konstitusiya bəyannaməsi yazıblar. Əldə edilən razılaşmaya əsasən, keçid hökumət üç il fəaliyyət göstərəcək. Bu razılıqdan sonra Hərbi Şura buraxılıb.
 

Google+ WhatsApp ok.ru