Sudan və İspaniyada sel

Sudan və İspaniyada sel

 
Sudan və İSpaniyada güclü yağışlar nəticəsində sel və daşqın baş verib.  
 
Maide.Az “TRT”-ə istinadla xəbər verir ki,  Sudandakı seldə 62 nəfər həyatını itirib, minlərlə insan təhlükəsiz ərazilərə təxliyə edilib. 
 
Avqustun əvvəlindən bəri başlayan güclü yağışlar Sudanda  təxminən 250 min nəfrin evlərindən didərgin düşməsinə səbəb olub. 
 
33 min bina dağılıb, 15 min binaya ziyan dəyib.  Yağışların oktyabr ayına qədər davam edəcəyi bildirilir. 
 
İspaniya  da sel fəlakətini yaşayır. Paytaxt Madriddə sel fəsadlar törədib. 
 
İspaniyada bir çox ev və müəssisə su altında qalıb, yollar və metro bağlanıb. 
 
Səlahiyyətlilər, vətəndaşlara yağış yağanda çölə çıxmamaq üçün xəbərdarlıq edib.
 
 

Google+ WhatsApp ok.ru