Su kəmərində qəza baş verib: Ceyranbatan, Saray və Sumqayıtda suyun verilməsində fasilə yaranıb

Su kəmərində qəza baş verib: Ceyranbatan, Saray və Sumqayıtda suyun verilməsində fasilə yaranıb

Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən keçən, diametri 1 200 mm olan su kəmərində qəza baş verib.
 
Maide.Az  xəbər verir ki, qəza nəticəsində Ceyranbatan və Saray, Sumqayıt şəhərinin Corat qəsəbələrinə, Bağlar yaşayış massivinə içməli suyun verilməsində fasilə yaranıb.
 
Məsələ ilə bağlı “Azərsu” ASC-dən “Report”a bildirilib ki, hazırda qəzanın nəticələri aradan qaldırılır: “İçməli suyun verilməsində fasilə işlər yekunlaşana qədər davam edəcək". /report /
 

Google+ WhatsApp ok.ru