Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Sumqayıtda yanğın olub.
 
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, şəhərdə çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 12 m² sahədə və ev əşyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
 
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

Google+ WhatsApp ok.ru