Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində problem yaranıb

 Bu gün səhər saat 08:00 radələrində Sumqayıtdan Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında problem yaranıb. Bu barədə “APA-Economics”ə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
 
Onun sözlərinə görə, buna səbəb elektrik enerjisi təchizatında yaranan problem səbəb olub: "Qatarların hərəkətində problem Xırdalanda yaranıb və bu da təbii olaraq digər yerlərdə də olan qatarların dayanmasına səbəb olub".
 
Problemin aradan qaldırılmasına 1 saata yaxın vaxt sərf olunub ki, nəticədə qatarların hərəkətində bir o qədər gecikmə olub.
 
Son məlumatlara əsasən, 09:30 radələrində Sumqayıtdan gələn qatar Bakıda stansiyaya qəbul olunub.

Google+ WhatsApp ok.ru