Sumqayıt-Bakı qatarında yaranmış problemin SƏBƏBİ (YENİLƏNİB)

Sumqayıt-Bakı qatarında yaranmış problemin SƏBƏBİ (YENİLƏNİB)

Sumqayıt-Bakı elektrik qatarının hərəkətində ləngimə qeydə alınıb.
 
Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətindən (QSC) bildiriblər. Qeyd olunub ki, yaranan problem artıq aradan qaldırılıb:
 
"Dəmir yolunun Biləcəri-Keşlə mənzilinin kontakt şəbəkəsində yaranmış nasazlıqla bağlı Sumqayıt-Bakı elektrik qatarının hərəkətində 26 dəqiqə ləngimə qeydə alınıb. Problem dərhal aradan qaldırılıb və hazırda qatarlar nəzərdə tutulan qrafiklə hərəkət edir".
 
Qeyd edək ki, Sumqayıt Dəmir Yolu Vağzalından saat 07:40-da çıxan qatar 2 dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub. Qatar Bakı Dəmir Yolu Vağzalına 26 dəqiqə gec çatıb.
 
***
Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində problem yaranıb.
 
"Report" xəbər verir ki, Sumqayıt Dəmir Yolu Vağzalından saat 07:40-da çıxan qatar 2 dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub.
 
Maşinist problemin texniki nasazlıqdan qaynaqlandığını bildirib. Nəticədə qatar Bakı Dəmir Yolu Vağzalına saat 08:50-də, yəni 30 dəqiqə gec çatıb.
 

Google+ WhatsApp ok.ru