Sumqayıta işləyən bəzi marşrut xətləri bağlandı: Şagirdlər çətinlik çəkir – VİDEO

Sumqayıta işləyən bəzi marşrut xətləri bağlandı: Şagirdlər çətinlik çəkir – VİDEO

-- Şagirdlər dərsə ya taksi ilə gedib-gəlirlər, yaxud da davamiyyətdə problem yaranır

Marşrut xəttinin bağlanması məktəblilərin dərsə gediş-gəlişində çətinliklər yaradıb.
 
Bu səbəbdən də şagirdlər dərsə ya taksi ilə gedib-gəlirlər, yaxud da davamiyyətdə problem yaranır.
 
Xezerxeber.az-ın məlumatına görə, söhbət Abşeron rayonunun Saray qəsəbəsi üzümlük yaşayış massivindən Sumqayıta işləyən 12 B nömrəli marşrut xəttindən gedir.
 
Sakinlər deyir ki, bir neçə gündür övladlarını məktəbə taksi ilə yola salmalı olurlar. Əksər hallarda da şagirdlər dərsə gecikir.
 
Sumqayıt şəhər İcra Hakimiyyətinin Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəsi müavini Məzahir Piriyev bildirib ki, həmin marşrut avtobuslarının fəaliyyəti bir neçə gündür dayandırılıb və Sumqayıta buraxılmır. Buna səbəb isə həmin marşrut avtobuslarının bəzilərinin kiçik həcmli olması və standartlara cavab verməməsidir. Yaxın günlərdə həmin xətt iritutumlu avtobuslarla təmin ediləcək və yaranan problem aradan qaldırılacaq.
 
Sumqayıt şəhər Saray qəsəbəsinin sakini Tural İbadov bizimyol.info-ya bildirib ki, Saray-Sumqayıt istiqamətində olan 3 marşrutlardan hazırda yalnız biri işləyir: “Saraydan Sumqayıtda bu günlərə kimi üç marşrut fəaliyyət göstərib. Hazırda yalnız 522B maşrutunun Sumqayıta daxil olmasına icazə verilir. Digər marşrut xətlərinin bağlanmasına səbəb həmin marşrutlarda fəaliyyət göstərən avtobusların ictimai nəqliyyat xidməti üçün yararsızdır”.
Tural İbadov bildirib ki, mövcud vəziyyət həm sakinlərin, həm də avtobus sürücülərinin narazılığına səbəb olub.
 
Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi həmin marşrut avtobuslarının fəaliyyəti qanunsuz hesab edib.
 

Google+ WhatsApp ok.ru