Sumqayıtda ağır yol qəzasında ölən və xəsarət alanlar var

Sumqayıtda ağır yol qəzasında ölən və xəsarət alanlar var

Sumqayıtda baş verən ağır yol qəzası zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
 
Maide.Az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində Xırdalan şəhər sakini Elmar Ələkbərov idarə etdiyi "Nissan" markalı avtomobili yolun kənarında dayanan Şabran rayon sakini Eldar Səlimova məxsus "Mercedes" markalı avtomobilə vurub. 
 
Zərbənin təsirindən "Mercedes" markalı avtomobilin yaxınlığında olan 30-35 yaşlı kişi hadisə yerində ölüb, E.Səlimovun 3 sərnişini xəstəxanaya yerləşdirilib. 
 
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru