Sumqayıtda avtobus minik maşını ilə toqquşub: iki ölü

Sumqayıtda avtobus minik maşını ilə toqquşub: iki ölü

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Maide.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhərinin Sülh küçəsində Ramil Tahirovun idarə etdiyi “Hyundai” markalı və şəhər sakini Şəmsəddin Nəcəfovun 3 saylı xətt üzrə idarə etdiyi “Isuzu” markalı avtomobillər toqquşub. Nəticədə R.Tahirov və sərnişinlərindən Əzizə Əzimova hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib. (APA)

Google+ WhatsApp ok.ru