Sumqayıtda avtobus qəzasında 11 tələbə xəsarət alıb

Sumqayıtda avtobus qəzasında 11 tələbə xəsarət alıb

Sumqayıtda ötən gün tələbələri daşıyan sərnişin avtobusunun sürüşməsi nəticəsində 11 nəfər xəsarət almışdı.
 
Bu barədə “Trend”ə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyev deyib.
 
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan 11 nəfərdən 10-nun vəziyyəti yüngül olub:
 
"İlkin tibbi yardım göstərildikdən sonra 10 nəfər evə buraxılıb. Hazırda hadisə nəticəsində xəsarət alan yalnız 1 nəfər xəstəxanada müalicə olunur. Onun vəziyyəti kafi qiymətləndirilir".
 

Google+ WhatsApp ok.ru