Sumqayıtda da Fitr Bayramı namazı qılınıb (FOTO)

İslaminsesi.az-ın verdiyi xəbərə görə, bu gün iyul ayının 29-u, hicri təqvim ilə  şəvval ayının 1-i "Müqəddəs Ramazan-Fitr bayramı" günü ilə əlaqədar olaraq ölkəmizin bütün rayon və şəhərlərində, o cümlədən Sumqayıt  şəhərinin müxtəlif məscidlərində "Fitr bayramı" namazı qılındı.
 
Sumqayıt şəhərində yerləşən  “İslam” məscidinin həyətində, açıq səma altında Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı alim Hacı Elçin Manafovun imamlığı ilə  "Mübarək Ramazan–Fitr bayramı" namazı qılındı. Bayram namazında AİP-ın Sumqayıt Rayon komitəsinin üzvləri və şəhər dindarları iştirak edib.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru