Sumqayıtda iki yük maşını toqquşdu - Sürücülər öldü 30 May 2020 10:15 Hadisə Sumqayıt şəhərində hər iki sürücünün ölümü ilə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo"nun FHN-ə istinadən verdiyi xəbərə görə, mayın 30-u gecə saatlarında Sumqayıt şəhərində “DAF” və “КамАЗ” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “КамАЗ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü Aslanov Asəf Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Teqlər : #Sumqayıtda,#iki,#yük,#maşını,#toqquşdu,#Sürücülər,#öldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Lənkəranda zəlzələ olub Bakıda ‘Taxta bazarı’nda yanğın - Fotolar