Sumqayıtda internetin verilməsində problem yaranıb

Sumqayıtda internetin verilməsində problem yaranıb

Ötən gecə saatlarda Sumqayıtda internetin verilməsində problemlər yaşanır.
 
Maide.Az  APA-ya istinadən bildirir ki, şəhərin çox hissəsini internetlə təmin edən SNTV provayderinin fəaliyyətində ciddi problemlər yaranıb.
 
Artıq 3 saatdan çoxdur ki, şəhərin mərkəzi hissələrində, eləcə də bəzi mikrorayonlarında internetin verilməsində fasilə yaranıb. Problemin yaranmasını əsas səbəb kimi texniki qəzanın baş verdiyi göstərilir. SNTV-dən problemin aradan qaldırılması istiqamətində təmir işlərinin aparıldığı bildirilib.
 

Google+ WhatsApp ok.ru