Sumqayıtda itkin düşən qızın meyiti dəniz kənarında tapılıb

Sumqayıt şəhərində dəniz kənarında meyit tapılıb.
 
Maide.az DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da şəhər ərazisindəki dəniz sahilində tapılıb.
 
Faktla bağlı araşdırma aparılır. 
 
Qeyd edək ki, sosial şəbəkədə Rumiyyə Qasımovanın Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin birinci kurs tələbəsi olduğu, imtahandan kəsildiyi üçün intihar etdiyi barədə məlumatlar yayılıb. 

Google+ WhatsApp ok.ru