Sumqayıtda kanalizasiya quyusuna düşən şəxs və onu xilas etməyə çalışan FHN əməkdaşı həlak olub

Sumqayıtda kanalizasiya quyusuna düşən şəxs və onu xilas etməyə çalışan FHN əməkdaşı həlak olub

Sumqayıt şəhərində kanalizasiya quyusuna düşən şəxs ölüb.
 
APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən bir əməkdaşı da qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənib.
 
Zəhərlənən şəxslər xəstəxanaya yerləşdirilib.
 
Ölənlərin və zəhərlənənlərin şəxsiyyəti müəyyənləşdirilir.
 
Sumqayıt şəhər Səhiyyə İdarəsindən APA-ya verilən məlumata görə, zəhərlənən şəxslərə tibbi yardım göstərilir.
 
Onlardan ikisinin vəziyyəti ağırdır.

 

Google+ WhatsApp ok.ru