Sumqayıtda məcburi köçkünlərin yaşadığı yataqxanada uçqun olub

Sumqayıtda məcburi köçkünlərin yaşadığı yataqxanada uçqun olub

-- hadisə şəhərin 22-ci məhəlləsində...

Sumqayıt şəhərində məcburi köçkünlərin yaşadığı yataqxanada uçqun olub.
 
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 22-ci məhəlləsində 2 saylı yataqxanada baş verib.
 
Yataqxanada 80-dən çox ailənin üzvü yaşayır. Uçqun 25 ailənin istifadə etdiyi mətbəxtdə baş verib. Hadisə zamanı mətbəxtdə bir neçə nəfər olub. Xoşbəxtlikdən uçqun zamanı xəsarət alan olmayıb.
 
Hadisə ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılıb.
 

Google+ WhatsApp ok.ru