Sumqayıtda İmam-Zamanın (ə.f) mövlud mərasimi keçirilib - Foto

Tədbirdə alimlər, Əhli-beyt məddahları və şəhər sakinləri iştirak ediblər.

Sumqayıtın Corat kəndində bütün dünyanın intizarında olduğu, müsəlmanların 12-ci imamı Həzrəti Huccət ibni Həsən(ə), İmam Zaman(ə)-ın mövlud günü münasibəti ilə möhtəşəm bayram tədbiri keçirilib.
 
Maide.Az xəbər verir ki, tədbirdə ruhani alimlər, Əhli-beyt məddahları və şəhər sakinləri iştirak ediblər. Tədbirdə çıxış edən alimlər İmam Zaman(ə)-ın şəxsiyyətindən, qeybdə olmasının fəlsəfəsindən, həqiqi müntəzirlərin vəzifələri və zühurunun əzəməti haqqında maraqlı çıxış edib. Mövlud Əhli-Beyt məddahlarının şer və nəğmələri ilə gecə saatlarına qədər davam edib.
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru