Sumqayıtda İmam Əli (ə) - nin mövludu münasibətilə tədbir keçirilib - FOTO

Sumqayıt şəhərində Allahın yer üzündə höccəti, xəlifəsi və möminlərin əmiri Həzrət Əli ibn Əbu Talibin(ə) mübarək mövludu münasibətilə məclis keçirilib.
 
Məclis Sumqayıt şəhər "Cümə Məscidi" -ində təşkil olunub. Tədbirdə şəhərin  dindar sakinləri və digər yaxın bölgələrdən Əhli-Beyt (ə) aşiqləri iştirak edib.
 
Məclis Qurani-Kərimin tilavəti ilə başlayıb.  Mərasimdə tanınmış din xadimləri və ruhanilər iştirak ediblər.
 
Tədbir iştirakçıları çıxış edərək Həzrət Əlinin(ə) ali məqamı, yüksək dərəcəsindən danışdılar, Onun din uğrunda apardığı misilsiz mücadilədən söz açdılar. Məclisdə, həmçinin, həzrət Əlinin(ə) şəninə şeirlər oxundu. Mərasimdə həmçinin, çox saylı inanclılar və şəhər sakinləri iştirak etdilər.
 
Tədbirin sonunda bütün iştirakçılar İmam adına paylanılmış ehsan süfrəsinə dəvət edilib.
 
 

Google+ WhatsApp ok.ru