Sumqayıtda maşın bazarında yanğın olub

Bu gün gecə saatlarında Sumqayıt maşın bazarında yanğın baş verib.
 
Maide.az Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 32-ci km-də yerləşən ümumi sahəsi 1600 kv.m olan Sumqayıt maşın bazarının ərazisində biri-birinə bitişik tikilmiş avtomobil ehtiyat hissələri satılan mağazaların yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri və dam örtüyü 350 kv.m sahədə yanıb. 
 
Ərazidə olan tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Google+ WhatsApp ok.ru