Sumqayıtda mövlud tədbiri keçirilib - Foto

Bildiyimiz kimi, Şəban ayının 3-4 və 5-i müsəlmanların 3-cü imamı Hüseyn, Hz. Abbas və İmam Səccad əleyhimussalamların mövlud günüdür, bu münasibətlə Sumqayıt şəhər "Cümə" məscidində mövlud tədbiri keçirilib.  
 
Maide.Az-ın verdiyi məlumata görə, ötən gün keçirilən bayram tədbirində  bir çox alimlər, ziyalılar, məddahlar və möminlər iştirak edirdilər.
Tədbir müqəddəs Qurani-Kərimin tilavəti ilə başladı. Daha sonra ruhanilər Şəban ayının fəziləti və mövlud günləri olan hər üç məsumun haqqında danışaraq, onların fəzilət və möcüzələrini imamsevərlərə çatdırdılar. 
 
Bundan əlavə, öz gözəl səslərilə İlahi mahnı qruplarının üzvləri tədbirə əsl bayram ab-havası qataraq, tədbir iştirakçılarını şənləndirdilər. 
Tədbirin sonunda məclisin iştirakçılarına açılmış ehsan süfrəsinə dəvət olundu. /
 
 
 
 

Google+ WhatsApp ok.ru