Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 16 nəfər təxliyə edilib

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub. "Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat yayılıb. 
Məlumata görə, binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 89 kv.m olan 3 otaqlı mənzilin sahəsi 5 kv.m olan eyvanında 1 ədəd 5 litrlik propan qaz balonun alışması nəticəsində 2 kv.m sahədə ev əşyaları yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 16 nəfər sakin təxliyə olunub. 
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Google+ WhatsApp ok.ru