Sumqayıtda sudan zəhərlənən uşaqların 46-sı hələ də xəstəxanadadır

Sumqayıtda sudan zəhərlənən uşaqların 46-sı hələ də xəstəxanadadır

“Hazırda Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasında 46 uşağın stasionar müalicəsi davam etdirilir.
 
Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat evrib.
 
S.Əhmədova qeyd edib ki, bu gün onlardan 18 nəfərinin evə buraxılacağı gözlənilir:
 
“Bütün xəstələrə bütün lazımi tibbi yardımlar edilib”.
 
İyunun 10-da Sumqayıt şəhəri H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində uşaqlar arasında kütləvi zəhərlənmə faktı qeydə alınıb.
 
Məsələ ilə bağlı “Azərsu” ASC-nin yaydığı məlumatda bildirilir ki, H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında qeydə alınmış kütləvi zəhərlənmə içməli sudan baş verməyib. Suyun tərkibi standartlara cavab verir.
 
Səhiyyə Nazirliyinin iyunun 12-də yaydığı məlumatda bildirilib ki, Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan rotavirus infeksiyasıdır. Ehtimal olunur ki, onun yayılmasına səbəb su paylayıcı şəbəkədir. /

Google+ WhatsApp ok.ru