Sumqayıtda su olmayacaq

Sumqayıtda su olmayacaq

Sumqayıt şəhərini içməli su ilə təmin edən 1 000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar sabah gün ərzində Sumqayıt şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Bu barədə "Report"a "Azərsu" ASC-dən bildirilib.
 
Məlumata əsasən, yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
 

Google+ WhatsApp ok.ru