Sumqayıtda yeniyetmə dənizdə boğuldu 17 İyul 2014 01:00 Hadisə Sumqayıt şəhərində dəniz çimərliyində faciəli hadisə baş verib. Bu barədə Sumqayıt şəhər Prokurorluğundan bildirilib. Məlumata görə, dünən axşam saatlarında 14 yaşlı Balaxan Gülməmmədov dostları ilə birlikdə dənizdə çimməyə gediblər. Dənizdə çimərkən Balaxan Gülməmmədov boğulma təhlükəsi ilə üzləşib. Onu dostları xilas etməyə çalışsa da, onun həyatını xilas edə bilməyiblər. 14 yaşlı yeniyetmə dənizdə boğulub. Balaxan Gülməmmədov musiqi təmayüllü internat məktəbinin şagirdi olub. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Sumqayıtda yeniyetmə dənizdə boğuldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda biri 8 yaşlı uşaq olmaqla, üç nəfər dənizdə boğulub Sabirabad sakini ağır qəza törətdi