Sumqayıtda özünü yandıran taksi sürücüsü öldü - RƏSMİ - Yenilənib

Sentyabrın 20-də saat 02 radələrində Sumqayıtdakı "Şəfa" sanatoriyasının yataqxanasında məskunlaşmış Zəngilan rayonundan məcburi köçkün, özəl taksi fəaliyyəti ilə məşğul olan Məqsəd Süleymanov 20 Yanvar küçəsindəki bazarın yaxınlığında naməlum səbəblərdən üzərinə benzin tökərək özünü yandırıb.   
 
APA-nın xəbərinə görə, Sumqayıt Şəhər Prokurorluğu və Şəhər Polis İdarəsinin birgə məlumatında bildirilir ki, həmin ərazidə xidmət aparan və hadisəni görən Post Patrul Xidmətinin əməkdaşları dərhal müdaxilə edərək xüsusi cihaz vasitəsi ilə yanğını söndürüb və təcili yardım çağırıblar.
  
Məqsəd Süleymanov yanıq xəsarətləri ciddi olduğundan Bakıdakı 5 saylı Xəstəxanaya çatdırılıb, həkimlərin müdaxiləsinə baxmayaraq, saat 15 radələrində dünyasını dəyişib.
 
Hazırda faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
 
Araşdırmalar aparılır.
****
 
Dünən gecə saat 23:00 radələrində Sumqayıtda 27 yaşlı Məqsəd adlı taksi sürücü üstünə benzin tökərək özünü yandırıb.
 
“Moderator.az”ın məlumatına görə, hadisə şəhərin “Nərimanov” adlandırılan ərazidə baş verib. İnsanlar taksi sürücüsünə kömək etməyə çalışsalar da, özünü yandıran Məqsəd ağır xəsarətlər alıb.
 
O, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, vəziyyətinin ağır olduğunu əsas gətirərək onu xəstəxanaya qəbul etməyiblər və Bakıya göndəriblər.
 
Məqsədi insanlar söndürdükdən sonra  ondan bunu səbəbini soruşanda, o, “Məni buna QAİ Ramin məcbur etdi” deyib. /

 

Google+ WhatsApp ok.ru