Sumqayıt Texnologiyalar Parkında işçilər tətil keçirir - 4 aydır maaş verilmir

Dünəndən Sumqayıt Texnologiyalar Parkında sexlərin işçiləri tətilə başlayıblar.
 
Bu barədə adının açıqlanmasını istəməyən işçilərin biri “Qafqazinfo”ya müraciət edərək məlumat verib.
Bildirilib ki, dünən səhər saatlarından etibarən bütün sexlərdə işçilər fəaliyyətlərini dayandırıblar. Buna səbəb isə onların 4 aydır əmək haqqı almamaısıdır: “Sonuncu dəfə avqust ayında maaş almışıq. Onu da yarımçıq veriblər. Rəhbərlik də heç nə demir, elə ancaq deyirlər ki, gözləyin. Bu gündən heç birimiz işləmirik, tətil edirik. Camaat aksiya keçirir.
 
1500-dən çox işçiyik. Heç kim maaş ala bilməyib. Hamının krediti var, banklar da bizi sıxır. STP-dəki vəziyyəti bildiyi üçün banklar da kredit vermir. Kredit kartlarımızı da bağlayıblar. Kommunal xərclərimiz ödəyə bilmirik, ailəmizi saxlaya bilmirik”.
 
Qeyd olunub ki, bir neçə öncə aparılan ixtisarlarla STP-də 3 minə yaxın əməkdaş işdən azad olunub.
“Qafqazinfo” məsələ ilə bağlı zavod rəhbərliyi ilə əlaqə saxlayıb. STP-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi Mehman İsgəndərova saytımıza açıqlamasında işçilərinin maaşının gecikmə müddətinin 4 ay olmasının düzgün məlumat olmadığını bildirib. Daha detallı formada bir qədər sonra məlumat verəcəyini bildirsə də, sonradan zənglərə cavab verməyib.qafqazinfo /

Google+ WhatsApp ok.ru