Sumqayıtda etiraz aksiyası: 3 aydır maaş verilmir - İcra başçısının müavini hadisə yerində

Sumqayıtda etiraz aksiyası: 3 aydır maaş verilmir - İcra başçısının müavini hadisə yerində

3 aydır maaşlarını ala bilməyən işçilər işə çıxmaqdan imtina edib. 
 
"Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsinin bir  qrup işçisi  idarənin qarşısında etiraz aksiyası keçirir. İşçilərin bildirdiyinə görə, artıq 3 aydır ki maaş verilmir. Dəfələrlə rəhbərliyə müraciət etmələrinə baxmayaraq heç bir səbəb göstərilmədən yox cavabı deyilir. İşçilərin narazılığına  idarə rəhbəri Namiq Tarverdiyev "Kimin xoşu gəlir işləsin, kimin xoşu gəlmir yol açıqdır, gedə bilər" -deyərək cavab verib.
 
Qeyd edək ki, etiraz edən işçilər Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər şöbəsindən göndərilib. Həmin şəxslərlə bir illik müqavilə imzalanıb. Buna baxmayaraq idarə rəhbəri maaaş ödəməkdən boyun qaçırır. Hal hazırda aksiya davam edir
 
Hadisə yerinə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının I müavini Faiq Kərimov  gəlib. O, etiraz edən işçilərlə görüşüb, yaranan problemin aradan qaldırılması istiqamətində  müvafiq addımlar  atılacağını bildirib. (xeberle) /
 
 
 

Google+ WhatsApp ok.ru