Sumqayıtda etiraz aksiyası - Bizə 1 milyon 740 manat borcları var - VİDEO

Sumqayıtda etiraz aksiyası - Bizə 1 milyon 740 manat borcları var - VİDEO

Bir qrup sahibkar haqlarının bərpası üçün Nazirlər Kabinetinin qarşısında toplaşaraq öz etirazlarını bildirib.
 
Ötən ilin sentyabrında açılışında prezident İlham Əliyev də iştirak etdiyi Sumqayıt şəhəri dəniz kənarında geniş bir park salınıb. Bulvarın gözəlliyinə valeh olan İlham Əliyev Zakir Fərəcovu II dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edib.
 
Sumqayıt bulvarının salınması, abadlıq işlərinin görülməsi Müqayis Verdiyev adlı iş adamına tapşırılıb. İcra başçısı Zakir Fərəcov Müqayis Verdiyeva müxtəlif vədlər verərək əlindən gələni etməyi, qısa zaman ərzində bulvarın abadlaşdırmasını tapşırib. M.Verdiyev də sahibkarları bu işə cəlb edib. Müxtəlif iş adamları xeyli xammal, avadanlıqlar alıb. Ümumilikdə görülən işlər üçün12 milyon manata yaxın pul vəsaiti sərf olunub. Sumqayıt şəhər İcra hakimiyyəti M.Verdiyevə əvvəlcə 4 milyon manata yaxın vəsait versə də, sonradan qalan 8 milyon manatı verməkdən imtina edib.
 
Nazirlər Kabineti qarşısına toplaşan həmin sahibkarların bir qismi abadlaşma işlərinə sərf etdikləri vəsaitlərin pulunu ala bilməmələrinə görə pis vəziyyətdə qaldıqlarını bildirir. Həmin sahibkarların dediklərini saytımızın izləyicilərinə çatdırırıq. (azadliq.info) /

Google+ WhatsApp ok.ru