Sumqayıtda faciə: Binanın lifti qırıldı

Sumqayıtda faciə: Binanın lifti qırıldı

-- 3 nəfər yerə düşdü

Çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb
 
Sumqayıt şəhərində çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb.
 
Maide.Az  "Report"a istinadən məlumatına görə, hadisə şəhərin 47-ci məhəlləsində baş verib.
 
Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb. Hadisə nəticəsində liftdə olan 3 nəfər — 1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli 8-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar.
 
Yaralılar yerli sakinlərin köməyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
 
Faktla bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru