Sumqayıtda qaz olmayacaq

Sumqayıtda qaz olmayacaq

Bu gün Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyət olacaq.
 
Maide.Az bildirir ki, “Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, diametri 530 millimetrlik orta təzyiqli qaz kəmərindən qidalanan qaz təchizatı şəbəkəsində təmir bərpa işlərinin aparılması ilə əlaqədar saat 10:00-dan təmir işləri tamamlananadək Sumqayıt şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
 
Görülən zəruri təmir işlərinin Binəqədi rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
 
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
 
Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
 

Google+ WhatsApp ok.ru