Sumqayıtdakı kütləvi zəhərlənməyə - Sumqayıt Səhiyyə Şöbəsindən açıqlama

Sumqayıtdakı kütləvi zəhərlənməyə - Sumqayıt Səhiyyə Şöbəsindən açıqlama

Sumqayıtda iyunun 19-da kütləvi zəhərlənmə baş verib. Hadisə "SOCAR Polymer” zavodunun yaxınlığında qeydə alınıb.
 
Belə ki, gecə saatlarında oradan keçən 12 nəfər zavoddan havaya buraxılmış qazdan zəhərlənib.
 
Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev Xeberle.com-a faktı təsdiq edərək bildirib ki, zəhərlənən insanlar xəstəxanaya yerləşdirilib və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxıllıb.
 
N. Baxşəliyev zəhərlənmənin səbəblərini də açıqlayıb: "Bizə məlumat daxil olan kimi həkim qrupu hadisə yerinə baxış keçirib. Araşdırma nəticəsində bəli olub ki, 12 nəfər ammiak qazından zəhərlənib. Məlum olub ki, qısa müddətli zavoddan havaya zəhərli qaz buraxılıb və dərhal da qarşısı alınıb”. /

Google+ WhatsApp ok.ru