Sumqayıtın “dərd bazarı” dan videoreportaj

Sumqayıtın “dərd bazarı” dan videoreportaj

Sumqayıt şəhərində yerləşən və el arasında “Dərd bazarı” kimi tanınan “Şərq Bazarı” ticarət mərkəzi artıq fəaliyyət göstərmir. Buna səbəb bazarın Sumqayıt Şəhər İcra Hakimiyyətinin göstərişi əsasında sökülməsidir.
 
Bazar sökülərkən buradakı sahibkarlara 3 ay müddətinə yeni obyektlərin tikilərək təhvil veriləcəyi bildirilib. Lakin üzərindən 5 aydan çox vaxt keçsə də, ərazidə heç bir tikinti aparılmayıb. Bu isə vaxtilə bazarda ticarətlə məşğul olub, çörək pulu qazanan sahibkarların haqlı narazılığı ilə nəticələnib.
 
Hazırda “Şərq Bazarı” da fəaliyyət göstərən sahibkarların əksəriyyəti “Xəlifə” ticarət mərkəzinə köçürülüb. Onlar burada əsasən paltar və digər məişət malları satmaqla gündəlik dolanışıqlarını təmin edirlər. Lakin sahibkarlar “ Xəlifə” ticarət mərkəzində yer pulunun baha, satışın isə əvvəlki kimi olduğunu deyirlər.
 
Ümid edirik ki, Sumqayıt şəhərinin rəhbərliyi sökdüyü bazarın yerində tezliklə yeni ticarət obyektləri tikərək sahibkarların istifadəsinə verəcək və beləcə bu problem öz müsbət həllini tapacaq. (islaminsesi)
 

Google+ WhatsApp ok.ru