Suraxanıda mağazaya girən oğru kameraya düşdü -Foto

Bakının Suraxanı rayonunda mağazadan oğurluq edilib.
 
"Report"un məlumatına görə, hadisə rayonun Qaraçuxur qəsəbəsində Lətifə Nəbiyevaya məxsus ərzaq mağazasında qeydə alınıb.
 
Mağazaya daxil olan naməlum şəxs oradan tütün məmulatları və pul oğurlayıb. Hadisə zamanı obyekt sahibinə təxminən 4 min manata yaxın ziyan dəyib.
 
Qeyd edək ki, cinayəti törədən şəxsin oğurluq etdiyi anlar mağazada quraşdırılan kamera vasitəsi ilə anbaan qeydə alınıb.
 
Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsi və 32-ci Polis Bölməsində araşdırma başlanılıb. Oğurluq edən şəxsin axtarışları davam etdirilir.
 

Google+ WhatsApp ok.ru