Suriya: ABŞ və İŞİD-in telefon danışıqları əlimizdədir

Suriya: ABŞ və İŞİD-in telefon danışıqları əlimizdədir

Suriya xalq məclisinin sözçüsü  Xələf Abbas, əllərində Amerikanın Suriya ordusuna qarşı həyata keçirdiyi hava hücumundan əvvəl bölgədə olan İŞİD terrorçularından yardım aldığına dair rabitə danışıqlarının olduğunu bildirib.
 
Maide.Az Suriya KİV-lərinə istinadən xəbər verir ki,  Amerika ötən həftə Suriya ordusunu hədəf alan hava hücumu həyata keçirmiş və sonra edilən hücumun səhv olduğunu bildirərək əsl hədəfin İŞİD mövqeləri olduğunu açıqlamışdı. Ancaq Suriya kəşfiyyat mərkəzi hücumdan əvvəl Amerikanın bölgədə olan İŞİD terrorçuları ilə rabitə əlaqəsi yaratdığını sübut edən həmin qeydlərin əllərində olduğunu bildirib.
 
ABŞ-ın həyata keçirdiyi hava hücumu, Suriyada Rusiya və Amerika arasında əldə olunan razılaşmadan sonra baş vermişdi. 
 
Qeyd edək ki, həmin atəşkəs beş illik Suriya xalqına yüklənmiş olunmuş müharibənin siyasi həll yolunun əldə edilməsi üçün fürsət olaraq görülürdü.
 

Google+ WhatsApp ok.ru