Suriya ilə bağlı Astana görüşündə müşahidəçilərin sayı arta bilər

Suriya ilə bağlı Astana görüşündə müşahidəçilərin sayı arta bilər

Qazaxıstan XİN-i Astanada Suriya münaqişəsinin həlli üçün beynəlxalq  görüşdə müşahidəçilərin dairəsini genişləndirmək barədə məsələ qaldırıb.
 
Bu barədə Qazaxıstanın XİN rəhbəri Qayrat  Abdrahmanov deyib. 
 
"Qazaxıstan tərəfi zamin ölkələr tərəfindən bu məsələni müzakirə edir ki, döyüş fəaliyyətlərinin dayandırılması rejimində maraqlı olan bütün ölkələr Astana prosesini müşahidə edə bilsinlər", - deyə o, əlavə edib.
 
Nazirin sözlərinə görə, bu məsələ  Suriyada atəşkəs rejiminə riayət olunmasının  təminatçısı olan ölkələr qarşısında qoyulub.
 
 
"Zamin ölkələr – xüsusən Rusiya Federasiyası qarşısında Səudiyyə Ərəbistanı, Qətər kimi ərəb ölkələrinin iştirak imkanı barədə məsələ qaldırmışdıq. Digər tərəfdən Avropa İttifaqının Astana prosesinin gedişindən xəbərdar olmasında maraqlıyıq", - deyə Abdrahmanov vurğulayıb.
 
XİN rəhbəri Qazaxıstanın Astanada Suriyada vəziyyətin nizamlanması barədə beynəlxalq görüşə  hazırlaşdığı barədə xəbər verib: "Yaxın günlərdə Tehranda zamin ölkələrin kiçik tərkibdə görüşü olmalıdır, onun yekunundan sonra zamin ölkələrin Astana prosesi üçün növbəti addımları barədə məlumatımız olacaq", -deyə nazir bildirib. (faktxeber) /

Google+ WhatsApp ok.ru