Suriya ordusu Raqqa və Deyr Əz-Zor bölgələrindəki neft ərazilərində nəzarəti bərpa etdi

Suriya ordusu Raqqa və Deyr Əz-Zor bölgələrindəki neft ərazilərində nəzarəti bərpa etdi

Suriyanın ordu mənbələrindən biri Suriya silahlı qüvvələrinin Raqqa və Deyr Əz-Zor bölgələrində yerləşən 4 neft ərazisində nəzarəti bərpa etdiyini bildirib.
 
Sputnik-ə açıqlama verən mənbə belə deyib: "Suriya ordusu Raqqa bölgəsinin cənubundakı və Deyr Əz-Zorun qərbindəki bir çox ərazidə nəzarəti təmin edib. Tbisan, Vahab, Fəhəd və Kəbir adlı neft ərazilərində nəzarət bərpa olunub”.
 
Ordu rəsmisi, həmçinin Suriyanın bir çox bölgəsində vəziyyətin öz xeyirlərinə dəyişdiyini bildirib. O, ordu qüvvələrinin həm Raqqada, həm də Homs, Suveyda və Hama bölgələrində İŞİD yaraqlılarını itkilərə məruz qoymağa davam etdiyini qeyd edib. (deyerler) /

Google+ WhatsApp ok.ru