Suriya-İraq sərhədində İŞİD-PKK atışması: 20 PKK-lı, 30 İŞİD-li öldürüldü

Hələbdə, Türkiyə sərhədi yaxınlığında yerləşən Cerablus qəsəbəsi İŞİD və PKK terrorçuları arasında bir günə yaxın davam edən atışma olub. “Əl-Cəzirə” telekanalı döyüşlərdə 20 PKK terrorçusunun öldürüldüyünü bildirir. Bölgəni qismən nəzarətə götürən İŞİD İraqda ələ keçirdiyi hərbi texnika və raket komplekslərini burada Suriyaya keçirib. PKK-nın nəzarətində olan Kobani bölgəsində davam edən atışmalarda isə 30 İŞİD terrorçusunun öldürüldüyü xəbər verilir. Hələbin şimalında yerləşən türkmən kəndlərinə basqın edən İŞİD qruplaşması kürdləri ərazidə yaşayan könüllü təslim olmağa çağıran vərəqələr yayıb. İraqda başlayan döyüşlərdən sonra Suriyadan bu ölkəyə 2 mindən artıq silahlı göndərən İŞİD rəhbərliyi son bir həftə ərzində Suriyadakı anbarlara yenidən silah-sursat yığmağa başlayıb. Suriya-İraq sərhədində yerləşən Əbu Kamal qəsəbəsində Əl-Nüsra Cəbhəsi ilə İŞİD arasında bir neçə gün əvvəl başlamış döyüşlər hələ də davam edir. Qeyd edək ki, İŞİD Suriya-İraq sərhədində yerləşən əraziləri nəzarətə götürdükdən sonra iki ölkənin sərhədi de-fakto aradan qaldırılıb.
 
İraq ordusu isə İŞİD terrorçularının mövqelərinə hava zərbələrinin sayını artırıb. Hava zərbələri nəticəsində 86 İŞİD silahlısı öldürülüb. Babil yaxınlığında İŞİD mövqelərinə havadan endirilən zərbələr nəticəsində 9 zirehli texnika məhv edilib. 

Google+ WhatsApp ok.ru