Suriya: `Səudiyyə Ərəbistanı, Qətər və Türkiyəyə pis xəbərlərimiz var`

Suriya: `Səudiyyə Ərəbistanı, Qətər və Türkiyəyə pis xəbərlərimiz var`

-- Dəstəklədikləri silahlı təşkilatları məhv etdik

Suriya mövzusunda BMT Təhlükəsizlik Şurasının sessiyasında əsasən Şərq Qutanın Duma şəhərindəki kimyəvi silah iddiaları müzakirə olunub. 

Maide.Az  "eastnews"-a istinadən xəbər verir ki, Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri ABŞ və Qərb ölkələrinin iddialarına cavab verib.   

Bəşər Cəfəri bildirib ki, BMT-yə terrorçuların xlor və sarin qazına sahib olduqlarına və bunları istifadə etməyə, xəbərlər yaymağa hazırlaşdıqlarına dair onlarla məktub göndərilib və sənədləşdirilib.   

"Heç bir şey edilməyib, oxunmayıb da. Çox maraqlıdır ki, Suriya ordusu uğurlar əldə etdiyi vaxtlarda "kimyəvi silah" istifadə edir. Yenə də maraqlıdır ki, yalnız qadın və uşaqların başına atır. Videolarda su ilə yuyunanları görürük. Təbii, su hər şeyin dərmanıdır. Suriya hökuməti Dumaya araşdırma aparmağa gedən heyətə hər cür dəstəyi verməyə hazırdır", - deyə Bəşər Cəfəri söyləyib. 

B. Cəfəri çıxışında ABŞ, Aİ ölkələri, Qətər və Türkiyəni Suriyadakı terrorçu qruplara kimyəvi silah verməkdə ittiham edib.  

"Suriya və İraqda bu silahlar istifadə edilib. Səudiyyə Ərəbistanı, Qətər və Türkiyəyə pis xəbərlərimiz var; Dəstəklədikləri silahlı təşkilatları məhv etdik", - deyə Suriya rəsmisi diqqətə çatdırıb. 

 B. Cəfəri çıxışını Martin Luterin "Yalan qartopu kimidir, diyirləndikcə artıb böyüyür" - sözləri ilə tamamlayıb. 

Google+ WhatsApp ok.ru