Suriya: `Siz xarici dəstəyi çəkin, biz İŞİD və Nusranı yox edərik`

Suriyanın BMT daimi nümayəndəsi Bəşşar Cəfəri İŞİD və Nusra təşkilatlarını 3 ay ərzində yox edə biləcəklərini söyləyib.
 
Maide.az-ın məlumatına görə, "əl-Yovm" televiziyasına açıqlama verən Bəşşar Cəfəri Suriya rəhbərliyinin terrorla mübarizəyə istiqamətində hər cür dürüst səyi dəstəklədiyini deyib.
 
Bəşşar Cəfəri, "ancaq terrorla mübarizəyə istiqamətli səylər BMT qərarlarına söykənməlidir. Belə olsa, Suriya da, Rusiya da, Çin də buna ortaq olar. Bunun xaricində qurulan beynəlxalq koalisiya dayaqdan məhrumdur" söyləyib.
 
Bufer zonasının qurulmasının ya BMT qərarı ilə, ya da Suriya rəhbərliyi ilə koordinasiya halında yaradıla biləcəyinə diqqət çəkən Cəfəri, Türkiyəni beynəlxalq qanunlara zidd davranmaqda suçlayıb: "Əgər Ərdoğan, Qətər və Səudiyyə terroristlərə verdikləri dəstəyi kəssə, Suriya ordusu 3 ildə deyil, yalnız 3 ayda İŞİD və Nusranı yox edə bilər".

Google+ WhatsApp ok.ru