Suriya ABŞ-ın uçuşa qadağan edilmiş zona təklifini rədd etdi

Suriya ABŞ-ın uçuşa qadağan edilmiş zona təklifini rədd etdi

  
Suriya hökuməti Suriyanın bəzi bölgələrində uçuşa qadağan edilmiş zonanın tətbiq edilməsi ilə əlaqədar ABŞ hökumətinin təklifini qəbul etməyib.
 
Suriya prezidentinin siyasi məsələlər üzrə müşaviri Buseyna Şaban məsələ ilə bağlı dünən verdiyi açıqlamasında, Suriya hökumətinin qətiyyən belə bir təklifi qəbul etmədiyini bildirib.
 
Hələbdə toplaşaraq, vətəndaşları və əsgərləri öldürənlər üçün üsyançı ibarəsinin istifadə edilməsi doğru bir ibarə deyil, çünki onlar terrorçudurlar. Suriya böhranının başladığı ilk gündən etibarən Qərb və bəzi region dövlətlərindən aldıqları dəstək və təchizat sayəsində bölgədə terror küləyini əsdirərək, cinayət törədirlər.
 
Buseyna Şaban Deyr Əz Zorda Suriya ordusu hərbi qərargahının ABŞ döyüş təyyarələri tərəfindən bombardman edilməsini də qınayıb. O, Rusiya və ABŞ-dan bu mövzuda beynəlxalq bir təhqiqat başladılması üçün hərəkətə keçmələrini tələb edib. (Deyerler)

Google+ WhatsApp ok.ru