Suriya Alimlər Birliyi İsrail rejiminin Qəzzaya hücumlarını qınadı

“Bilad əş-Şam” alimlər birliyi İsrail rejiminin Qəzzaya təcavüzünü pislədi

İslamazeri.az-ın “SANA”-ya istinadən verdiyi xəbərə görə, Suriyanın alimlər birliyi “Bilad Aş-Şam” İsrail rejiminin Fələstin torpaqları, o cümlədən Qəzza zolağında barbar hücumlarını qınadı. 
 
Bəyanatda deyilir: "İsrail rejiminin təcavüzü ucbatından 1000-dən artıq günahsız fələstinlinin yaralanmasına və yüzlərlə mülki vətəndaşın şəhid olmasına baxmayaraq, dünya ölkələri İslam təşkilatları eyniliklə Suriyada baş verən və müharibəni alovlandıran ərəb ölkələri bu gün cinayətkar hücumlara göz yumurlar. İsrail rejiminin Fələstin xalqına etdiyi zülmlərə səssiz qalırlar.
Suriyada cihada cağıran fitnəçi “şeyxlər” Suriyanın dağıdılmasında dünyanın müxtəlif yerindən muzdlu qatilləri himayə edənlər Fələstin xalqının və şəhərlərinin məhv olmasına göz yumurlar."

Google+ WhatsApp ok.ru