Suriyada 4 ildir mühasirədə qalan iki şiə qəsəbəsinin 1200 sakini təxliyə edilir

Suriyada 4 ildir mühasirədə qalan iki şiə qəsəbəsinin 1200 sakini təxliyə edilir

-- terrorçularının təxliyəsi qarşılığında həyata keçirilir

Suriyanın idlib əyalətində 4 ildir mühasirədə qalan Fua və Kəfərya qəsəbələrindən 1200 sakin təxliyə ediləcək.
 
Maide.Az "İslaminSesi"-nə  istinadla xəbər verir ki, mühasirədəki Fua və Kəfərya qəsəbəsindən 1200 sakinin təxliyə edilməsi, Dəməşqin cənubundakı Muxayyam-Yarmukda Ən-Nusra terrorçularının təxliyəsi qarşılığında həyata keçirilir.
 
Belə ki, Suriya Ordusu son iki həftədə Dəməşqin cənubunda Muxayyam Yarmuk və ətraf kvartallarda əməliyyata başlamışdı. Artıq iki həftə əməliyyatdan sonra Ən-Nusra burada olan əraziləri yüngül silahları ilə birgə tərk etməyə və ərazini Suriya Ordusuna təhvil verməyə razılıq verib.
 
Qarşılığında isə Ən-Nusranın illərdir mühasirədə saxladığı Fua və Kəfəryadan 1200 sakin təxliyə ediləcək.
 
1200 sakinin təxliyəsi üçün avtobuslar Fua və Kəfərya qəsəbələrinə göndərilib.
 

Google+ WhatsApp ok.ru