Suriyada silahı yerə qoyan yaşayış məntəqələrinin sayı açıqlandı

Suriyada silahı yerə qoyan yaşayış məntəqələrinin sayı açıqlandı

Rusiya Müdafiə Nazirliyi məsələ ilə bağlı məlumat yayıb.
 
Suriyada barışıq prosesinə qoşulmuş yaşayış məntəqələrinin sayı sutka ərzində artaraq 1018-ə çatıb. Bu haqda məlumatı Suriyada Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilən bülletenində verilib.
 
"Sutka ərzində Lazkiyyə (2), Dəməşq (1), Həma (2) və Homs (1) əyalətlərində yerləşən 6 yaşayış məntəqəsinin nümayəndələri ilə barışıq haqda saziş imzalanıb. Beləliklə, barışıq prosesinə qoşulmuş yaşayış məntəqələrinin sayı artaraq 1018-ə çatıb.", - deyə bülletendə deyilir.
 
Atəşkəs rejiminin şərtlərini qəbul edərək ona əməl edən silahlı qruplaşmaların sayı isə 88-dir. (İslamazeri.az) /

Google+ WhatsApp ok.ru