Suriyada 12 milyon nəfər humanitar yardımlara ehtiyaclıdır

BMT baş katibinin humanitar yardım məsələləri üzrə müavini deyib ki, Suriyada 12 milyondan çox insan humanitar və məişət yardımlarına ehtiyacı var.
 
Maide.az-ın məlumatına görə, 2015-ci ildə 1 milyondan çox didərginin olduğunu bildirən Stiven Obrayn bildirib ki, Suriya böhranı başlandıqdan indiyə qədər ümumilikdə bu ölkədə 7 milyon 600 min nəfər didərgin düşüb. 
 
Qonşu ölkələrdə qeydə alınan suriyalı qaçqınların 4 milyondan çox olduğunu deyən Obrayn əlavə edib: "Beynəlxalq ictimaiyyət bu qaçqınlara sığınacaq vermək məsuliyyətini üzərinə götürən qonşu ölkələri dəstəkləməlidir."

Google+ WhatsApp ok.ru