Suriyada 2018-cı ildə rekord sayda uşaq həyatını itirib

Suriyada 2018-cı ildə rekord sayda uşaq həyatını itirib

Suriyada 2018-cı ildə rekord sayda uşaq həyatını itirib. 
 
Maide.Az  xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Uşaq Fondunun (YUNİSEF) verdiyi məlumata görə, 2018-cı ildə ölkədə 1100 uşaq həlak olub. Bu 2011-cü ildən bəri rekord göstəricidir.
 
 Məluamta görə,  2018-ci ildə  təhsil müəssisələrinə və tibb ocaqlarına hücumlar nəticəsində 262 uşaq həyatını itirib.  
 
YUNİSEF-in hesabatına görə,  2019-cu ilin  əvvəlindən indiyədək  Suryanın şimalında yerləşən Əl-həlul düşərgəsinə getməyə çalışan 60 uşaq həyatını itirib. 
 
Qeyd edək ki, Suriyanın 24 milyonluq əhalisinin 12 milyon nəfəri ötən 8 il ərzində  öz evlərindən didərgin düşüb.  Onlar müharibədən uzaq digər şəhərlərə və ya  qonşu ölkələr, Avropa və  Afrika ölkələrinə qaçıblar. 
Bəzi statistikalara görə,  Suriyada sabitlik yarandıqdan sonra qaçqınlardan 5 milyon nəfəri öz evlərinə qayıdıb. 
 

Google+ WhatsApp ok.ru