Suriyada 40 minə yaxın döyüşçü əfv olunub 14 Mart 2019 08:55 Dünya Suriya hökuməti qanunsuz silahlı qruplaşmaların fəaliyyətində iştirak etmiş təxminən 40 min nəfəri əfv edib. Maide.Az "Report"a istinadən xəbər verir ki, ölkənin Milli Barışıq Təşkilatının direktoru Yana Hadurun məruzəsində bildirilir. "Təşkilatın səlahiyyətli orqanlarla qarşılıqlı təsiri nəticəsində Suriya dövlətinə qarşı silahdan istifadəyə cəlb olunmuş təxminən 40 min insan qanunsuz silahlı qruplaşmalarda bir daha iştirak etməyəcəklərini öhdələrinə götürdülər", - deyə o bildirib. Haddur qeyd edib ki, silahlıların nəzarət altındakı rayonlarda olmuş altı min qadın da həmçinin Suriya hakimiyyəti ilə öz statuslarını nizama salıblar. O, əlavə edib ki, Suriyada döyüş hərəkətlərinin gedişatında 16 min insan itkin düşüb. Daha əvvəl Suriya ordusu İdlib əyalətində "Cəbhət-ən-Nüsrə" terrorçularının mövqelərinə raket və artilleriya zərbələri endirib. Teqlər : #Suriyada,#minə,#yaxın,#döyüşçü,#əfv,#olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Həsən Ruhani Ayətullah Sistani ilə görüşdü -FOTO Daşkənddə 4 bal gücündə zəlzələ
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO